Şrift:
“Traxtur” “Saypa”nı şumladı
26.09.2019 [12:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın “Pas-i Qəvvamin” stadionunda bu şəhərin “Saypa” komandası ilə Güney Azərbaycanın “Traxtur” komandası arasında keçirilən görüş bu dəqiqələrdə ev sahibinin məğlubiyyəti ilə yekunlaşdı.

“Traxtur” komandası İran üzrə futbol klublarının super liqa yarışlarının 5-ci həftəsində keçirilən görüşü 1:0 hesabı ilə başa vurub.

Azərbaycan komandasına qələbə qazandıran qol Kevin Fortune tərəfindən 10-cu dəqiqədə vurulub.

Bu qələbədən sonra Mustafa Dənizlinin yetirmələri 11 xalla müvəqqəti olaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Tehranda keçirilən görüşdə “Traxtur” tərəfdarları “Saypa”nın azarkeşlərindən qat-qat çox olub.

N.S
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed