Şrift:
Urmu gölünün duzu talanır
26.09.2019 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Uzun illərdir böhran içində olan Urmu gölünün canlandırılması üçün heç bir tədbir almayan İran rejimi bu dəfə gölün quruyan hissələrindəki duzu yerli olmayan şirkətlərə satmağa qərar verib.

Bu barədə yerli məsullardan birinin İnstaqram səhifəsində video paylaşılıb. Videoda gölün quruyan hissəsində ağır texnikanın işlədiyi və duzun daşındığını görünür.

Urmiyanın İran parlamentindəki millət vəkili Ruhulla Həzrətpur bu barədə şəxsi səhifəsində paylaşdığı mətndə qeyd edib ki, “hansı idarəçilik məntiqi deyir ki, Urmu gölünün 20 hektar ərazisində yalnız 100 milyon tümənlik duz var?! Hansı tehranlı məsul buna icazə verib?!”

“Urmu gölünə dəstək kampaniyası” səhifəsində yayılan məlumata görə, Ənzəl məntəqəsinə baxış keçirilərkən yerli əhali Qərbi Azərbaycana aid olmayan bir şirkətin uzun müddətdir ərazinin duzunu toplayaraq əyalətdən uzaq məntəqələrə daşıdığını bildirib.

Dövlətin Urmu gölünü qurtarmaq yerinə, gölün duzunu hökumətə yaxın şirkətlərə satması qərarı bölgə əhalisinin kəskin etirazına səbəb olub. Gölün duzu o halda talanır ki, duzun qazılaraq daşınması məntəqənin ətraf mühitinə ziyan vurmaqla yanaşı, yolların dağılması, əkin ərazilərinin ziyan görməsi, göldə duzla bağlı balansın pozulması və güclü duz fırtınalarının əmələ gəlməsinə səbəb olur. Bütün bunlar o deməkdir ki, Urmu gölünün xeyiri başqalarına, ziyanı isə yerli əhaliyə nəsib olmaqdadır.

N.S
Bu xəbər oxucular tərəfindən 54 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed