Şrift:
Polis məcburi hicaba etiraz edən azərbaycanlı qızı etiraf etməyə vadar edib – Urmiyada
27.09.2019 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyanın Polis İdarəsində məcburi hicaba etiraz edən gənc qız öz əleyhinə ifadə verməyə və günahkar olduğunu etiraf etməyə vadar edilib.

Məlumata görə, sentyabrın 25-də polis əməkdaşları Urmiya məhəllərinin birində hicab qaydalarına düzgün əməl edilmədiyini bəhanə edərək bir neçə qadına yaxınlaşıb və onlara qarşı kobud rəftarlar göstəriblər. Bu vəziyyətdən narahat olan bir gənc qız etiraz əlaməti olaraq polis avtomobilinin kapotunun üzərində oturub və heç yerə getməyəcəyini bildirib.

Sonda Polis İdarəsinə aparılan qız orada ağır təzyiqlərə məruz qalıb. Həmin qız təhdid və təzyiqlər altında öz əleyhinə ifadələr verməyə məcbur edilib.
Polis tərəfindən yayılan videoda qız guya əsəbi vəziyyətdə olduğundan belə bir hərəkətə yol verdiyini və gördüyü işdən peşman olduğunu bildirib.

Videoda qızın polis əməkdaşlarının davranışı haqda verdiyi ifadələr senzura olunub.

Son vaxtlar İranın bir çox şəhərində məcburi hicaba qarşı etirazlar artıb. Lakin bu istiqamətdə müsbətə doğru heç bir dəyişiklik yoxdur. Məcburi hicaba qarşı çıxan qadınlar təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur, onlar yaxalanaraq məhkəmə qarşısına çıxarılır və ağır həbs cəzası ilə üzləşirlər.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed