Şrift:
“ETTELAAT” Nazirliyi Məsih Əlinejadın qardaşı və yaxın qohumlarını həbs edib
27.09.2019 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“ETTELAAT” Nazirliyinin əməkdaşları Tehran və Babüldə Məsih Əlinejadın qardaşın və yaxın qohumlarının evlərinə hücum edib.

Nəticədə “ETTELAAT” işçiləri Əlinejadın qardaşı, eləcə də keçmiş həyat yoldaşının qardaşı və bacısını azyaşlı uşaqlarının gözləri qarşısında əllərini və gözlərini bağlayaraq, həbs ediblər.

Bu barədə məlumatı jurnalist Məsih Əlinejad özü yaydığı videoda verib. O qeyd edib ki, “ETTELAAT” qardaşı Əli Əlinejadı, həmçinin qohumları Leyla Lütfi və Hadi Lütfini öz evlərində həbs ediblər. Xanım Əlinejadın dediklərinə görə, “ETTELAAT” işçiləri həbsin səbəbinin onların özü ilə olan əlaqələr olduğunu deyiblər. Nazirliyin əməkdaşları saxlanılanların ailələrini bu barədə heç bir məlumat yaymamaqla bağlı təhdid ediblər.

“ETTELAAT”ın bu addımını girov götürmək adlandıran Məsih Əlinejad bildirib ki, hazırda Həsən Ruhani və Məhəmməd Cavad Zərifin Birləşmiş Millətlər Təşkilatı tribunasından “biz sülh carçısıyıq” deyə şüarlar səsləndirirlər. Əslində isə rejim öz xalqına qarşı terror və qorxu carçısıdır.

“Ağ Çərşənbə” kampaniyasının banisi olan xanım Əlinejad 2018-ci ilin aprelin 11-də xarici media orqanlarına verdiyi müsahibədə bildirmişdi ki, anasını polisə çağırıblar və orada ona xarici ölkələrə etdiyi zənglərə görə məsuliyyət daşıyacağını deyiblər.

O, İranın təhlükəsizlik qüvvələrinin bütün bu addımları apardığı mübarizəni susdurmaq üçün adtığını, lakin “xalqın etiraz səsi yüksəldikcə özünün də etiraz edəcəyini və heç vaxt susmayacağını” deyib.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed