Şrift:
Qayınana böyrəyini kürəkəninə bağışlayıb
27.09.2019 [10:45] - Gündəm, Sağlıq
Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyata keçirilən növbəti transplantasiya əməliyyatı zamanı 54 yaşlı qayınana böyrəyini xroniki böyrək çatışmazlığından əziyyət çəkən 32 yaşlı kürəkəninə bağışlayıb.

Mərkəzdən verilən məlumata görə, cərrah-uroloq, tibb üzrə fəlsəfə elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə xəstə üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılıb.

Əməliyyatdan sonra həkimin dediyinə görə, neçə illər aldığı hemodializ seansları xəstənin orqanizmin sağlamlığına təsirsiz ötüşməyib: “Vəziyyətinin getdikcə pisləşdiyinə görə ona təcili böyrək köçürülməli idi. Uyğun donor xəstənin qayınanası oldu. Zəruri analiz və müayinələrdən sonra donorun sağlamlığına əmin olduq və əməliyyata qərar verdik. Xoşbəxtlikdən orqanizm köçürülmüş böyrəyi qəbul etdi. Artıq onların hər iksi evə yazılıb. Uzun illər əziyyətli hemodializ prosedurları alan xəstə normal həyatına davam edəcək”.
Bu xəbər oxucular tərəfindən 60 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed