Şrift:
Məhsa Mühdili: “Güney Azərbaycan türkləri bütövlükdə ana dilində təhsil almaq istəyirlər” – MÜSAHİBƏ
27.09.2019 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkiyədə yaşayan Güney azərbaycanlı milli fəal Məhsa Mehdili Güneyin bəzi məktəblərində həftədə iki saat türk dilinin tədris olunmasına dair verilən vədlərlə bağlı Cebhe.info-ya müsahibə verib.

Müsahibəni olduğu kimi təqdim edirik:
“İranın hakim molla rejimi Güney Azərbaycanın bəzi bölgələrində orta məktəblərdə tədrisin türk dilində aparılmasına icazə verib.
Ancaq tədris prosesinin necə aparılması barədə məlumat yoxdur.

Maraqlıdır, türk dilində hansı dərslər tədris olunacaq?
Tarix, ədəbiyyat və digər fənnlərdə Azərbaycan tarixi təhrif edilməyəcək ki? Türkiyədə yaşayan Güney azərbaycanlı milli fəal Məhsa Mehdili Cebhe.info-ya açıqlamasında deyib ki, türk dilində tədrisə icazə verilməsi illərdir aparılan mübarizənin nəticəsidir: “Bəzi məktəblərdə həftədə yalnız 2 saat Azərbaycan türkcəsi tədris olunacaq. İbtidaidə 2-ci sinifdən, orta mətkəbdə 9-cu sinifdən başlayacaq. Bu hələ vəddir. Hələ reallaşacağı bilinmir. Amma istənilən halda İran rejimi Milli Hərəkatın qarşısında məcbur olaraq bu vədləri verir”.

Məhsa Mehdilinin fikrincə, molla rejiminin bu güzəşti Güney Azərbaycan Milli Hərəkatının güclənməsi ilə bağlıdır:
“İran Konstitusiyasında qeyri-fars millətlərinin ana dilində təhsil hüququ təsbit olunur. Lakin 40 ildir buna əməl edilmirdi. İndi də hələ ki vəddir. İran parlamentinin təhsil komissiyasının azərbaycanlı üzvü bildirib ki, bu məsələnin həlli ilin sonuna qədər mümkün deyil. Bizə məlum deyil ki, o dərslərdə nəyi öyrədəcəklər. Dərsliklər çıxandan sonra biləcəyik. Təbriz universitetində təhsil almış milli kadrlar bildiriblər ki, könüllü olaraq ana dilində dərsləri tədris eləməyə hazırdırlar. Hələ indidən demək olmaz ki, ana dilində tədris olacaq, ya yox”.

Məhsa Mehdili deyib ki, rejimin bu vədləri güneyliləri razı salmır:
“Güney Azərbaycan türkləri bütövlükdə ana dilində təhsil almaq istəyirlər. Yoxsa həftədə 2 saat onları qane etmir. Rejim nümayəndələri hələ vəd verirlər, real addım yoxdu. Olsa belə bu layihə bütün Güney Azərbaycanda yox, bəlli bölgələrdə icra olunacaq. Özü də layihə daimi deyil. Hələ ki pilot layihə kimi nəzərdə tutulur”.”
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed