Şrift:
Türkmənistanda Müstəqillik Günü qeyd olunur
27.09.2019 [11:08] - Xəbərlər, Türk dünyası-Turan
Türkmənistanın müstəqilliyinin 28-cü ildönümü bu ölkədə təntənəli şəkildə qeyd olunur.

Müstəqillik Günü çərçivəsində müxtəlif tədbirlər, o cümlədən ölkənin tanınmış incəsənət ustalarının böyük konsert proqramı təşkil olunub.

Türkmənistan Konstitusiyada təsbit olunan neytral hüquqi statusun əsas prinsip və məqsədlərinə əməl edərək ölkənin beynəlxalq nüfuzunu artırır. Bu ölkə BMT, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla sistemli şəkildə siyasi, iqtisadi və mədəni əlaqələr qurur. Türkmənistan sülh və həmrəyliyi gücləndirmək, qlobal məkanda daxili inkişafı və milli maraqları təmin etmək üçün səylərini birləşdirir.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed