Şrift:
“Bu, sadəcə Albert Aqarunova deyil, bütün şəhidlərimizə göstərilən ehtiramdır”
27.09.2019 [16:03] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Şəhidlərimizə, qəhrəmanlarımıza hər zaman məxsusi ehtiram göstərməliyik”

Sentyabrın 28-29-da Bakıda Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr edilən beynəlxalq karate turniri keçiriləcək.

Ölkəmizdə şəhidlərimizə, Milli Qəhrəmanlarımıza həsr edilən bu cür idman turnirlərinin keçirilməsi Azərbaycanda idmanın inkişafı ilə yanaşı, qəhrəmanlarımızın təbliğ edilməsi, onların daima xatırlanması baxımından nə dərəcədə əhəmiyyətlidir?

Moderator.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev bu cür adımların təqdirəlayiq olduğunu vurğuladı:

“Bütün adlar altında şəhidlərimiz, qazilərimiz, əlillərimiz, qəhrəmanlarımız həmişə anılmalı, onlara məxsusi sayqı göstərilməlidir. Hesab edirəm ki, xüsusilə başqa xalqın nümayəndəsi olmasına baxmayaraq, taleyini Azərbaycanla bağlayan, Azərbaycan uğrunda döyüşən, Azərbaycan uğrunda şəhid olan A.Aqarunov kimi insanlarla bağlı bu cür tədbirlərin keçirilməsi xüsusilə önəmlidir. Bu, həm də bu onu göstərir ki, Azərbaycanda insanlar etnik mənsubiyyətinə görə yox, vətənə münasibətinə görə dəyərləndirilir. Bu, yalnlız A.Aqarunova deyil, bütün şəhdilərimizə, qəhrəmanlarımıza olan sayqıdır. Bu cür tədbirlərin keçirilməsi, küçələrə, məktəblərə onların adlarının verilməsi, onların abidələrinin ucaldılması və s. müharibə aparan, müharibə astanasında olan bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsinə xidmət edən bir addımdır. Mən bu cür tədbirləri alqışlayır və təqdir edirəm”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 180 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed