Şrift:
"H.Z.Tağıyevin himayədarlığı ilə Bakıda nəşr olunan İşıq" (1911-1912) qadınlar qəzetinin Kırımlı böyük bacısı- "Aləmi-nisvan" (Qadınlar aləmi) məcmuəsi
28.09.2019 [09:35] - Gündəm, davam NƏŞRLƏRİ
"İşıq" qəzetində zükurlar (erkəklər) da çıxış edirdilər.
"İşığ"ın redaktoru milliyyətcə tatar olan Tiflis Mamalıq İnstiutunun məzunu
həkim Xədicə xanım Əlibəyova (1884-1961).Onun atası Zaqafqaziya Əhli-Təsənni İdarəsinin üzvü idi.
Qəzetin naşiri publisist,tərcüməçi,yazıçı
Şəkili Mustafa bəy Cabbar bəy oğlu Əlibəyov (1872-1945 ) idi.
"İşıq" qəzeti görkəmli xeyriyyəçi H.Z.Tağıyevin himayədarlığı ilə nəşr olunurdu.Burada onun maraqlı həyat yolu haqqında hələ geniş və hərtərəfli tədqiqata cəlb olunmayan onlarla yazı vardır.

"Aləmi -nisvan"ın redaktoru İsmayıl bəy Qaspıralının qızı
Şəfiqə xamım Qasprinskaya (14.10.1886,Bağçasaray-31.08.1975,İstanbul) Azərbaycanlı ailənin gəlinidir.
Şəfiqə xanım 1902-ci ildə Bağçasaraya atasını ziyarətə gələn ziyalı gənclərdən biri ilə -əslən Gəncəli olan Həsib bəy Yusifbəyli ilə dostlaşmışdır.
Gənclər 1906-cı ildə ailə qurmuşlar.
"Aləmi -nisvan" 1906-1907-ci illərdə "Tərcüman"ın əlavəsi kimi ayrıca mətbu orqan
kimi çıxırdı. Onun 1910-1911-ci ildəki materialları isə "Tərcüman"ın səhifələrində
yayımlanırdı.Jurnalda qadınların hüququ və təhsili məsələlərinə geniş yer verilirdi.

"H.Z.Tağıyevin himayədarlığı ilə Bakıda nəşr olunan İşıq" (1911-1912) qadınlar qəzetinin  Kırımlı  böyük  bacısı- "Aləmi-nisvan" (Qadınlar aləmi) məcmuəsi

"H.Z.Tağıyevin himayədarlığı ilə Bakıda nəşr olunan İşıq" (1911-1912) qadınlar qəzetinin  Kırımlı  böyük  bacısı- "Aləmi-nisvan" (Qadınlar aləmi) məcmuəsi


Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,türkoloq

Bakı.

28.09.2019.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed