Şrift:
İTV-nin binasında yanğın olub
28.09.2019 [09:40] - Gündəm, Hadisə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsində “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin inzibati binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-in saytı məlumat verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və texnikası hadisə yerinə cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğınla bağlı əlavə məlumat veriləcək.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed