Şrift:
Çin Özbəkistanın regionları üçün bir milyard dollar ayıracaq
28.09.2019 [09:52] - Gündəm, Sosial
Çin Daşkənd şəhəri və Özbəkistanın regionları üçün “Təhlükəsiz şəhər” sistemini həyata keçirmək məqsədilə 1 milyard dollar vəsait ayıracaq.

Bununla bağlı Özbəkistan Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilir.

Ölkədə tam olaraq bu sistemin 2021-ci ilin dekabrında işə salınması nəzərdə tutulur.

Məlumatda qeyd edilir ki, Özbəkistan-Çin Dövlətlərarası Əməkdaşlıq Komissiyasının avqustun sonunda Pekində keçirilən iclasında bu ölkənin Özbəkistan iqtisadiyyatına 4,3 milyard dollar həcmində 54 layihənin həyata keçirilməsi ilə bağlı razılaşma əldə edilib. “Təhlükəsiz şəhər” sistemi bu layihələrdən biridir.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed