Şrift:
“Ərdəbilin istehsal müəssisələrində yaşanan problemlərin 50 faizi banklarla bağlıdır”
28.09.2019 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil valisinin iqtisadi fəaliyyətlərin koordinasiyası işləri üzrə müavini əyalətin istehsal müəssisələrində yaşanan problemlərinin əsas səbəbini açıqlayıb.

Ərjəng Əzizi bu barədə cümə axşamı günü Ərdəbildə istehsalın inkişafı mövzusunda keçirilən tədbirdə çıxış edib.

“Əyalətdə istehsal müəssisələrində yaşanan maliyyə sıxıntılarının 50 faizi banklarla bağlıdır. Bankların bu istiqamətdə lazımi tədbirlər alması fəaliyyəti dayandırılmış istehsal müəssisələrində işlərin bərpa edilməsinə təkan verə bilər.”- deyə o vurğulayıb.

Ə.Əzizi sözügedən istehsal müəssisələrinin qarşısında konkret olaraq dövriyyə kapitalı, gecikən kredit və vergilərin ödənilməsi və digər maliyyə məsələlərinin dayandığını bildirib.

Vali müavini mövcud çatışmazlıqlara baxmayaraq cari ildə maliyyə sıxıntıları ilə əlaqədar fəaliyyəti dayandırılmış 32 istehsal müəssisəsində işlərin bərpa edildiyini qeyd edib.

Tədbirdə 10 sənaye və istehsal müəssisəsinin problemləri müzakirə olunub.

Qeyd edək ki, terror və nüvə fəaliyyəti ucbatından Amerika Birləşmiş Ştatlarının iqtisadi sanksiyaları ilə üzləşən İranda, son vaxtlar görünməyən iqtisadi gərginlik hökm sürür. Ekonomi tənəzzül Azərbaycan əyalətlərində daha çox hiss olunur. Bu cəhətdən Güney Azərbaycanda istehsal və sənaye müəssisələrinin əksəriyyəti fəaliyyətini dayandırmalı olub, bu vəziyyət bölgədə işsizlik səviyyəsini daha da artırıb.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed