Şrift:
İranın saxladığı İngiltərə gəmisi sərbəst buraxılıb
28.09.2019 [10:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran media orqanları İngiltərəyə məxsus “Stena İmpero” adlı gəminin bu gün Bəndər Abbas limanından beynəlxalq sulara doğru hərəkətə başladığı barədə məlumat yayıblar.

Hörmüzqan Limanlar və Dənizçilik Baş İdarəsinə istinadən dərc edilən xəbərlərdə bildirilir ki, sözügedən gəmi bu gün səhər saat 9 radələrində tam sərbəst buraxılıb və o, körfəzin beynəlxalq keçidinə tərəf üzməyə başlayıb.

Bir neçə saat öncə isə “Reuters” xəbər agentliyi beynəlxalq naviqasiya şirkətlərinə istinadən oxşar məlumat yaymışdı.

Bundan 2 gün öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi gəminin azad edilməsi üçün aparılan danışıqların sona çatdığını bəyan etmişdi.

Xatırladaq ki, “Stena İmpero” iyulun 19-da “Sepah” terror təşkilatı tərəfindən saxlanılmışdı. Bəzi iranlı rəsmilər bildirirdilər ki, bu addım İrana məxsus “Grace 1” tankerinin Cəbəli-Tariq tərəfindən saxlanılmasına cavab olaraq atılıb.
Bu xəbər oxucular tərəfindən 269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed