Şrift:
MAGATE: “İran daha inkişaf etdirilmiş sentrifuqalarla uranı zənginləşdirməklə məşğuldur”
28.09.2019 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAGATE) sentyabrın 26-da bəyanat yayaraq, İranın nüvə sazişinin şərtlərini pozmasından, yeni sentrifuqalar işə salmasından və uranı zəniginləşdirmklə bağlı fəaliyyətini sürətləndirməsindən xəbər verib.

Bəyanatda bildirilir ki, İran dünya qüdrətləri ilə imzaladığı nüvə razılaşmasının şərtlərini açıq-aşkar pozmağa başlayıb: “İran daha inkişaf etdirilmiş sentrifuqalarla uranı zənginləşdirməklə məşğuldur. Bundan başqa İran həmçinin zənginlədirilmiş uran ehtiyatının həcmini artırmaq üçün yeni və daha inkişaf etmiş sentrifuqalar quraşdırmaqdadır. Bu isə İranın 2015-ci ildə Vyanada 5+1 qrupu ilə imzaladığı nüvə sazişinin şərtlərini açıq şəkildə pozması deməkdir”- deyə MAGATe-nin yaydığı xəbərdarlıq bəyanatında qeyd edilir.

Xatırladaq ki, İranla 5+1 qrupuna üzv ölkələr (Amerika, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya) arasında nüvə sazişi 2015-ci ilin iyulunda imzalanıb.

ABŞ prezidenti Donald Tramp 2018-ci il, mayın 8-də Ağ Evdə çıxış edərək, Vaşinqtonun İranla Qərb arasında imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed