Şrift:
“Traxtur” komandası “Pas”la qarşılaşacaq
28.09.2019 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası bazar günü Həmədan təmsilçisinin qonağı olacaq.

“Traxtur” İran kuboku çərçivəsində keçiriləcək birinci yarışda “Pas” komandası ilə qarşılaşacaq.

Görüş sentyabrın 29-u Təbriz vaxtı ilə saat 15:30-da Həmədanın Hacı Babayi stadionunda başlayacaq.

“Traxtur”-“Pas” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Qeyd edək ki, Azərbaycanı İran super liqasında təmsil edən “Traxtur” komandası yarışların 5-ci həftəsində turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda tərəfdarları Mustafa Dənizlinin yetirmələrinin İran kubokunda da güclü çıxış edəcəyinə ümid edir.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed