Şrift:
Naxçıvanda dördüncü Arıçılıq məhsulları – bal festivalı işə başlayıb
28.09.2019 [10:45] - Xəbərlər, Sosial
Bu gün Naxçıvanda Arıçılıq məhsulları-bal festivalı keçirilir.

Festivalda muxtar respublikanın müxtəlif bölgələrində arıçılıqla məşğul olan ailə təsərrüfatları, sahibkarlar arıçılıq məhsulları ilə iştirak edirlər. “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə təşkil olunacaq, çeşid müxtəlifliyi və keyfiyyət göstəricisinə I, II və III yerlərin qalibləri seçiləcək.

Festival zamanı Naxçıvan Muxtar Respublikasında bu sahənin tarixi, son illər arıçılığın inkişafı ilə bağlı geniş məlumat veriləcək. Musiqi kollektivləri tərəfindən konsert proqramı təqdim ediləcək. İki gün davam edəcək tədbirə qatılacaq yerli sakinlər və qonaqlar üçün əl işlərinin sərgi-satışı da nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed