Şrift:
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır
28.09.2019 [10:47] - Gündəm, İqtisadiyyat
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 8 ədəd azalaraq 860 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 194 ədəd azalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 6 ədəd geriləyərək 713 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 147 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 146 olub ki, keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 41 ədəd geriləyib.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed