Şrift:
Rusiya şirkəti Azərbaycandakı şirkətlərə əməkdaşlıq təklif edir
28.09.2019 [10:52] - Gündəm, İqtisadiyyat
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.

AZPROMO-dan bildirilib ki, Rusiyanın “Kompleks Luç” şirkəti ölkəmizdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıqda maraqlıdır. “Komleks Luç” ionlaşdırma vasitəsilə müxtəlif məhsulların, o cümlədən meyvə-tərəvəzin, ət məhsullarının, taxıl bitkilərinin saxlanma müddətinin artırılmasını təmin edən, eləcə də tibbi avadanlıqların və ləvazimatların sanitariya-gigiyena tələblərinə uyğun saxlanılması üçün patogen bakteriyaların məhv edilməsini həyata keçirən komplekslərin təchizatı ilə bağlı təkliflər edir.
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed