Şrift:
Ukraynada ilin əvvəlindən dollar qrivnaya nisbətdə 13 faiz ucuzlaşıb
28.09.2019 [12:21] - Gündəm, İqtisadiyyat
Ukraynanın valyuta bazarında dollar qrivnaya nisbətdə hər gün ucuzlaşmaqda davam edir.

Ukrayna Milli Bankının statistikasına istinadla xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında dollar 13 faiz ucuzlaşıb. Belə ki, Milli Bank sentyabrın 28-30 tarixlərində rəsmi məzənnədə 100 dolları 2408,28 qrivna səviyyəsində müəyyənləşdirib. Bu da yanvarın 1-nə olan məzənnə ilə müqayisədə hər 100 dollarda 360,54 qrivna az deməkdir. Həmin dövrdə rəsmi məzənnə 100 dollara nisbətdə 2768,82 qrivna olub. Dollar sentyabrda daha çox - 4 faiz ucuzlaşıb.

İqtisadi ekspertlər ilin sonuna kimi dolların cüzi bahalaşacağını proqnozlaşdırır. Bir dolların 25,5 qrivna dəyərində olacağı gözlənilir.



Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 362 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed