Şrift:
Hindistanda musson yağışları nəticəsində 134 nəfər ölüb
30.09.2019 [10:29] - Gündəm, Hadisə
Hindistanın bəzi bölgələrində müşahidə olunan güclü musson yağışlarının törətdiyi fəsadlar nəticəsində son 3 sutkada ölənlərin sayı 134-ə çatıb.

Hindistan KİV-ləri xəbər verir ki, ən çox ölüm faktı Uttar Pradeş və Bihar ştatlarında qeydə alınıb. Şiddətli yağışlar sel və daşqınların, torpaq sürüşmələrinin yaranmasına səbəb olub. Pis hava şəraiti ilə əlaqədar bəzi şəhərlərarası qatarların hərəkəti dayandırılıb.

Ölkənin Meteorologiya Departamenti güclü yağışların növbəti 5 gündə də davam edəcəyini bildirib. Hindistanda musson yağışları adətən iyunun əvvəli başlayıb, sentyabrın 30-dək bitirdi. Amma bu il oktyabrın ortasınadək davam edəcəyi proqnozlaşdırılıb.

Təbii fəlakətin vurduğu zərərin aradan qaldırılması üçün qüvvələr səfərbər edilib. Su basan yaşayış məntəqələrinə əlavə nasoslar göndərilib.

Bihar ştatında orta məktəblərdə dərslər dayandırılıb. Uttarakhand ştatındakı Badrinat məbədində çıxılmaz vəziyyətdə qalan təxminən 4 min zəvvar 20 saatdan sonra hissə-hissə xilas ediliblər.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed