Şrift:
Kitabxanada “Azərbaycan təbiəti və turizm” adlı tədbir təşkil olunub
30.09.2019 [11:07] - Xəbərlər, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında “Azərbaycan təbiəti və turizm” adlı tədbir keçirilib.

Tədbirdə filialın müdiri Esmira Əliyeva oxuculara Beynəlxalq Turizm Günü və son zamanlar Azərbaycanda turizmin inkişafı barədə məlumat verib.

Çıxışda qeyd olunub ki, son bir neçə ildə Azərbaycanda turizm sektorunun inkişafı üçün müəyyən addımlar atılıb. Bu məqsədlə yeni otellər, istirahət mərkəzləri tikilib, xarici turistlərin ölkəyə cəlb edilməsi üçün viza rejimi sadələşdirilir, həmçinin forumlar, sammitlər və idman oyunları keçirilir. Əcnəbi turistlərin Azərbaycanda rahat və təhlükəsiz istirahət etmələri üçün tam təminat var. Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin və hətta qış turizminin inkişafı üçün bütün şərait yaradılıb.

Sonda oxucular mövzu ilə əlaqədar təşkil edilmiş sərgi ilə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed