Şrift:
NASA arzu edən hər kəsə öz adını Marsa göndərməyi təklif edir
30.09.2019 [14:01] - Köşə yazarları, Sosial
NASA Aerokosmik Agentliyi istəyənlərə öz adlarını Marsa göndərməyi təklif edir.

Bu barədə agentliyin “Twitter” səhifəsinə istinadla xəbər verir.

“Öz adınızı Mars-2020 aparatı vasitəsilə qırmızı planetə göndəriləcək mikroçipə yazın”, - NASA-nın təklifində belə deyilir. Bunun üçün NASA-nın rəsmi saytındakı formanı doldurmaq tələb olunur.

Missiya 2020-ci ilin yay aylarında Marsa yollansa da, formanı sentyabrın 30-u Şimali Amerika şərq vaxtı ilə saat 23:59-dək qədər doldurmaq lazımdır.

Son məlumata əsasən, artıq 10 milyon 300 mindən çox insan adını Marsa göndərmək istəyir. Onlardan ən çoxu türkiyəli (2,5 milyon nəfər), hindistanlı (1,69 milyon nəfər) və ABŞ vətəndaşlarıdır (1,37 milyon nəfər).
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed