Şrift:
Fərəc Quliyev: - Bir qaşıq qanımızdanmı qorxuruq? Savaşmalıyıq! (audio)
30.09.2019 [16:45] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev Milli Məclisi Bişkek protokolunu qüvvədən salmağa çağırıb

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin payız sessiyasının bugün- 30.09.2019 tarixində keçirilən ilk iclasında çıxış edərək, Milli Məclisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi barədə müraciət hazırlamağa, ATƏT-in vasitəçiliyinə son verməyə, Ermənistanla danışıqları dayandırmaq və Bişkek protokolunu qüvvədən salmağa çağırıb. Ermənilərə qarşı hərbi əməliyyatlara başlamağın, Qarabağda onlara dinclik verilməməsinin vacibliyini qeyd edən millət vəkili bildirib ki, Azərbaycan tərəfinin qəti addımlar atmaması nəticəsində ermənilər işğal etdikləri ərazilərimizdə çox rahat yaşayırlar. O vurğulayıb ki, biz ermənilərin çəkdiyi yolları, istismar etdiyi mədənləri darmadağın etməliyik.
F.Quliyevin həmin çıxışının tam mətnini və səs yazısını təqdim edirik:

"Hörmətli sədr və hörmətli həmkarlar! Payız sesiyasında müzakirə olunacaq məsələlər aktualdır və səs verəcəyəm.Amma bir neçə mühüm məsələnin də payız sesiyası dönəmində müzakirə olunmasını vacib sayıram.İşğal olunmuş ərazilərimizlə bağlı yaranmış yeni şərait bunu diqtə edir.Əslində bir məqsədə yönələn dörd məsələnin müzakirəsini təklif edirəm.
-1.BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir.Və müvafiq sənəd yubanmadan BMT-yə gondərilməlidir.

2.ATƏT-in vasitəçiliyinə son qyulması müzakirə olunmalıdır.Bu ümumi əhvaldır və cəmiyyətdə də istək budur.

3. Ermənistanla aparılan danışıqların dayandırılması məsələsi müzakirə olunmalıdır.Danışıqların heç bir perispektivinin olmaması hamımıza aydındır.

4."Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli daşıdığından qüvvədən düçmüş elan olunmalıdır.

Mən Milli Məclisin 01 oktyabr 2012-ci il tarixdəki Plenar iclasında bir cox məsələlərə toxundum,aktuallığını itirmədiyini düşünüb o çıxışımdan bir abzasi nəzərinizə çatdırıram-:

Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən təcavüz siyasətinə görə beynəlxalq hüquqi məsuliyyət hələ də açıq qalır. Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanın törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir. Sənəddə BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması xüsusi qeyd olunmalıdır.

Təcavüz aktının bu və ya digər formasına görə təcavüzkar dövlət BMT TŞ qarşısında birbaşa məsuliyyət daşıyır. Bu isə BMT TŞ-na təcavüzkar haqqında məcburi tədbirlərin görülməsi səlahiyyəti verir. Çünki müasir beynəlxalq hüquqa görə məsuliyyət restitusiya və reparasiya formasında nəzərdə tutulur. Bunu əsas götürərək BMT nizamnaməsinin 7-ci fəslinə müvafiq olaraq məcburiyyət tədbirlərinin işə salınmasını hədəf götürməliyik.

ATƏT-in vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticəsinin olmadığı bir zamanda Ermənistanla danışıqların yeni mərhələsini gözləməyin hec bir mənası yoxdur. Əvvəla ən yaxşı halda Ermənistanla danışıqların sonucu Ter-Petrosyan dönəmindəki səviyyəyə gələr ki, belə vəziyyətdə ermənilər sadəcə hakimiyyəti dəyişməklə yenidən sıfırdan başlamaq təcrübəsinə malikdirlər. Məqsədsə, təbii ki, indiki status-kvonu uzatmaqdır. Bu çıxış 2012-ci ildə olub.Artəq açıqca hamımız müşahidə edirik ki Ermənistanın son davranışları danışıqların heç bir əhəmiyyətinin olmadığını göstərir.


Bu günə qədər ermənistanla danışıqlar lazim idisə və müəyyən məqamlarda xeyir verirdisə ,artıq danışıq aparmaq diplomatik uğurlarımıza zərər verəcəkdir.Biz əgər indiyə qədər Beynəlxalq ictimayətə dinc yolla müharibəyə son verilməsini istədiyuimizi göstərmək və Ermənistanın birbaşa ərazilərimizi işğal etdiyi və Qarabağda yaşayan ermənilərlə əlaqəsinin olmadığını göstərmək üçün danışıqlarda iştirak edirdiksə artıq bu hədəflərə çatılıb .Ermənistan tərəfin rəhbərliyi birbaşa Azəırbaycan ərazilərini işğal etdiyini və buranın artıq ermənistan olduğunu bəyan etməklə diplomatik mərhələyə son qoydu.Artıq bundan sonra danışıq indiyə qədərki diplomatik nəticələrə xələl verməkdi.Dərhal yuxarıda təklif etdiyim addımları ataraq hərbi əməliyyatlara başlamaq lazımdır. BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə başlanılması yeganə çıxış yoludur.
Biz yubandıqca Ermənistan bizim işğala məruz qalan ərazilər hesabına hər gün qüvvətlənir.Təsəvvür edin ki 1994-cü ildə yalnız Qızılbulaq qızıl yataqlarında 13,5 ton qızıl ehtiyatı var idi. Bu gün isə erməni ekspertlərinin hesablamalarına görə, orada yalnız 2.3 ton qızıl ehtiyatı qalır.Artıq təkcə oradan 11 ton qızıl aparıblar.
Bu sadəcə bir haldı .Nəzətrə alın ki, Azərbaycan Respublikasının işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yataqları, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlər ermənilər tərəfindən talan edilir.Bu vəsaitlər hesabına işğal etdiklıəri ərazilərimizə ermənistandan yollar çəkilir,istirahət və yaşayış məntəqələri salınır.Buraya ən müxtəlif yerlərdən ermənilər köşürülür və məskunlaşdırılır.Bilirsiniz niyə? Çünki rahatdırlar orda.
Ermənilər işğal etdikləri ərazilərdə rahatlıq görməməlidirlər ,hər gün 2 erməni əsgəri vurulsaydi bu 25 ildə 17000 civarında düşmən demək idi –ermənistan ordusunun 33 faizi.
Hec bir tərəfin mubahisəli saymadığı ərazilərdə niyə talançıliğa,məskunlaşmaya ,təyyarə uçuşlarına və s.iczə verməliyik?Niyə talanan mədənlər dəmir və qara yolları,qurduqları yaşayış məskənləri, istirahət mərkəzlərin vurmuruq?
Fizuli rayonunda cəbhə xəttində uçuş kecirən təyyarəmizə ermənistan ordusu atəş açır və Müdafiə nazirliyi deyir ki ,pilotumuz peshəkar idi vura bilmədilər vəs.Biz ermənistanın Ermənistan-Azərbaycan sərhəddini keçən bütün texnika və canlı qüvvəsini təyyarə və digər uçuş aparatlarını vurmalıyıq.Nədən çəkinirik? Bir qaşıq qanımızdanmı qorxuruq?Bəzən burada –Parlamentdə və ya mətbuatda fikir səsləndirirlər ki Ermənistanın arxasında büyuk dövlət Rusiya dayanır.Mən sual edirəm bir böyük dövlət -məsəslən Fransa və ya İngiltərə birbaşa maşadan istifadəı etmədədən ərazilərimizi işğal etsə idi nə etməli idik? Böyukdü deyə işğalla barışmalıydıqmı?
Türkiyənin üzərinə ən böyük dövlətlər yürüdü,çanaqqalada təslim olmalıydımı Türkiyə?Biz də savaşmalıyıq!Savaşmaqdan başqa yol yoxdu!Azərbaycan prezidentinin də ortada net iradəsi var.O da bildirir ki,Azərbaycan ərazilərində ikinci Ermənistan dövləti yaratmağa imkan verməyəcəyik.Parlament də Prezidentə dəstək verməlidi .Burada yalnız notariat kontorası kimi sənəd təsdiq etməməliyik.Artıq fərqli davranış zamanıdır və yeni çağırışlara uyğun ciddi addımlar atmalıyıq.Mən deputat həmkarlarımdan bu məsələdə dəstək istəyirəm.
Təkrar edirəm dərhal-
-1.BMT TŞ-na ünvanlanacaq müvafiq sənədin müzakirəsi təxirəsalınmadan keçirilməlidir.

2.ATƏT-in vasitəçiliyinə son qyulması müzakirə olunmalıdır.

3. "Bişkek protokolu" — Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan, bir növ siyasi müraciət və ya sülhə çağırış məqsədli daşıdığından qüvvədən düçmüş elan olunmalıdır

4. Ermənistanla aparılan danışıqların dayandırılması məsələsi müzakirə olunmalıdır.
Nə qədər uzanacaq bu məsələ,Hesab edirəm ki çıxışım deputat həmkarlarım tərəfindən dəstəklənəcəkdi.

Diqqətinizə görə təşəkkür edirəm."

AÇILMAZSA TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 2871 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed