Şrift:
ADMİU-da “Abşeron. Bolqar rəssamların gözü ilə” adlı layihə keçirilib
01.10.2019 [09:34] - Gündəm, DAVAMın yazıları
23-29 sentyabr tarixlərində Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “Abşeron. Bolqar rəssamların gözü ilə” adlı interaktiv layihə keçirilib. Xalq rəssamı Arif Əzizin təşəbbüsü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə “ARİF AZİZ ART HOUSE” sənət evində baş tutan layihədə bir həftə ərzində Bolqarıstanın məhşur rəssamlar nəsli Panevlər özünəməxsus bədii tərzdə Abşeron və Xəzər mənzərələrini yaradıblar. Lahiyə çərçivəsidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin tələbələri üçün Xristo Panevin ustad dərsi baş tutub.

Lahiyənin nəticələri 29 sentyabrda “ARİF AZİZ ART HOUSE” sənət evində yekun sərgidə nümayiş olunub. Tədbirdə Panevlər nəslini təqdim edən dörd rəssamın – Beynəlxalq İnnovasiyalar Cəmiyyətinin fəxri üzvü, UNESCO yanında Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, çoxsaylı beynəlxalq sərgi və festivalların iştrakçısı və qalibi Xristo Panev, 2019-cı ildə Dünya Rəssamlıq Akademiyası tərəfindən “İlin rəssamı” seçilmiş İvaneçka Paneva, uzun müddət Avropanın və ABŞ-ın fərqli bədii emalatxanalarında təcrübə alan, bir sıra beynəlxalq sərgi və festivalların iştrakçısı və təşəbbüskarı Qabriel Panev, abstrakt sənət və kollajlara üstünlük verən, rəssam və kurator kimi fəaliyyət göstərən, 2013-ci ildə İstanbul Qadın Sənət Festivalının qalibi olmuş rəssam Petya Panevanın işləri nümayiş olunub.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ADMİU-nun kollektivi, Bolqarıstanın Azərbaycandakı Səfirliyinin nümayəndələri, tələbələr və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Rəssamlıq fakültəsinin dekanı sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova açaraq Azərbaycanda ilk dəfə keçirilən “Abşeron. Bolqar rəssamların gözü ilə” adlı interaktiv layihə haqqında məlumat verib.

Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov, ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev çıxış edərək, festivalın Azərbaycan-Bolqarıstan mədəni əlaqələrinin inkişafında rolunu vurğulayıblar. Açılışda Xristo Panev məhşur əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə hədiyyə edib. Tədbirdə Xalq rəssamı, ADMİU-nun professoru Arif Əzizə dünya incəsənətinin inkişafında xidmətlərinə görə UNCOPA-nın (Avropa Mədəniyyət Çəmiyyəti, İsveçrə) fəxri ordeni təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed