Şrift:
“Mançester Yunayted” son 30 ilin antirekorduna imza atıb
01.10.2019 [10:24] - Gündəm, İdman
İngiltərənin “Mançester Yunayted” klubu antirekorda imza atıb.

Mançesterlilər son 30 ildə özünün ən uğursuz mövsümünə start verib.

Ole-Qunnar Sulşerin yetirmələri Premyer Liqanın ilk 7 turunda cəmi 9 xal toplayıb. “Qırmızı şeytanlar” 1989/90 mövsümündən sonra belə uğursuz başlanğıca imza atmamışdı. 30 il öncə Aleks Ferqyussonun yetirmələri ilk 7 oyunda indiki kimi 9 xal toplamışdı. Həmin vaxt “Mançester Yunayted” mövsümü 13-cü sırada başa vurmuşdu.

Qeyd edək ki, VII turda “Arsenal”la heç-heçə edən (1:1) O.Q.Sulşerin yetirmələri hazırda Premyer Liqada 10-cu sırada qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed