Şrift:
Gürcüstan, Ukrayna, Latviya, Litva və Estoniya birgə bəyanat verəcək
01.10.2019 [10:24] - Gündəm, Siyasət
Gürcüstan, Ukrayna, Litva, Latviya və Estoniya bu gün birgə yazılı bəyanat verəcəklər.

Bəyanatın məzmununun Rusiya Federasiyasının Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması ilə bağlı olacağı bildirilib.

Bu beş ölkə Rusiya Federasiyası üçün səsvermə hüququnun bərpa olunmasının əleyhinədir və Rusiyanın AŞPA-dan çıxarılması səbəblərinin dəyişmədiyini bildirirlər.

Gürcüstanın Avropaya İnteqrasiyası Komitəsinin sədri Tamar Xulordavanın sözlərinə görə, Gürcüstanın tərəfdaş ölkələrinin qərarı əsassızdır.

O deyib ki, Gürcüstan, Ukrayna, Litva, Latviya və Estoniyanın nümayəndə heyətləri siyasi jestdən istifadə edib və etiraz olaraq Avropa Şurası Parlament Assambleyasının ilk iclasında iştirak etməyiblər. Bununla belə, bu ölkələr təşkilatı tərk etmək niyyətində deyillər.

“Rusiyanın AŞPA-ya qayıtması ilə bağlı verilən qərar məntiqi şərtlərə əsaslanmadı, çünki Rusiyanın səs hüquqlarının dayandırmasının səbəbləri dəyişməyib. Buna görə yalnız müəyyən bir mərasim əhəmiyyəti olan ilk iclasda nümayəndə heyətimizin iştirak etməməsinə qərar verdik ", - deyə T. Xulordava bildirib.

Qeyd edək ki, Gürcüstan, Ukrayna, Litva, Latviya və Estoniyanın nümayəndə heyətləri ötən gün Ukrayna ilə həmrəylik əlaməti olaraq Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının açılışında iştirak etməyiblər.
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed