Şrift:
Güney Azərbaycanın öyrənci qurumları Yaşar Hüseynzadənin qanunsuz saxlanmasını pisləyiblər
01.10.2019 [14:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azəbaycan Universitetlərinin bir neçə öyrənci qurumu və mədəniyyət dərnəkləri Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadənin qanunsuz saxlanmasını pisləyən bəyanat yayıblar.

Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi, Mühəqqiq Ərdəbili Universitetinin Xətayi Mədəniyyət Dərnəyi, Zəncan Universitetinin İşraq Dərnəyi, Ərdəbil Tibb Universitetinin Araz Mədəniyyət Dərnəyi və Urmiyə Universitetinin Azərbaycan Dərnəyi yaydıqları bəyanatda azərbaycanlı öyrəncinin qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

“Təbriz Universitetində türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan Yaşar Hüseynzadə Dəlir sentyabrın 22-də naməlum səbəbdən qeyri-insani bir şəkildə yaxalanaraq naməlum istiqamətə aparılıb. Saxlanmasından bir neçə gün keçməsinə baxmayaraq onun barəsində heç bir xəbər yoxdur.
Vurğulamaq lazımdır ki, türk dili və ədəbiyyatı ixtisası qrupunun keçmiş müdiri bu ixtisası akademik çərçivədən çıxartmağa və onu təhlükəsizlik məsələsi kimi təqdim etməyə çalışırdı. Yaşar Hüseynzadə Dəlir ona qarşı mübarizə aparırdı, onun mübarizəsi əksər öyrəncilərin tələbi və universitetin qanunları çərçivəsində idi.”- deyə bəyanatın bir hissəsində qeyd olunub.

Öyrənci qurumları ölkə konstitusiyasına istinad edərək azərbaycanlı öyrəncinin bu şəkildə saxlanmasını qanunsuz adlandırıb, əsas məqsədin türk dili və ədəbiyyatı ixtisası üzrə təhsil almaq istəyən öyrəncilərin qorxutmasından ibarət olduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed