Şrift:
“Traxtur”un oyunları bir daha İdman kanalında yayımlanmayacaq – Səbəb?!
01.10.2019 [14:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hazırda İran üzrə keçirilən 19-cu super liqa yarışlarında ikinci yerdə qərarlaşan Güney Azərbaycanın “Traxtur” futbol klubuna qarşı yeni təzyiqlərin başladığı görünür.

Son yayılan məlumata görə, Azərbaycan komandasının oyunları bir daha İdman kanalında yayımlanmayacaq.

Bu barədə “Traxtur” klubu rəsmən açıqlama yayıb.

“Traxtur” klubu məşhur iş adamı Məhəmmədrza Zenuziyə ötürüldükdən sonra bu klub oyunlarının İdman kanalında canlı olayaraq yayımlanmasına nail ola bilmişdir. Bu məsələ komanda tərəfdarları tərəfindən də böyük rəğbətlə qarşılanırdır və klub üçün bir üstünlük sayılırdı.

“Traxtur” klubu bu barədə rəsmi açıqlama yayaraq artıq oyunlarının İdman kanalında yayımlanmayacağını elan edib. Bildirilib ki, komandanın oyunları bundan əvvəl olduğu kimi, Şərqi Azərbaycan Əyalətinin Səhənd kanalından yayımlanacaq.

İranın idman saytları proqramın dayandırılmasını tərəflər arasında fikir ayrılığının yaranması ilə əlaqələndiriblər. Məsələnin təfərrüatı ilə bağlı ətraflı məlumat yayılmayıb.

Qeyd edək ki, Güney Azərbaycan komandasının oyunları GünAz TV ekranından da canlı olaraq yayımlanır.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed