Şrift:
“Mən kiməm?” kitabı işıq üzü görüb
02.10.2019 [11:08] - Gündəm, Mədəniyyət
Görkəmli ictimai xadim, yazıçı-publisist Əhməd Ağaoğlunun 150 illik yubileyinə töhfə olaraq, ərsəyə gətirilmiş “Mən kiməm?” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) işıq üzü görüb.

Azərbaycanın ictimai-siyasi fikir tarixində silinməz izlər qoymuş Əhməd Ağaoğlunun zəngin yaradıcılığı ilk dəfədir ki, müasir oxucuya geniş və əhatəli şəkildə təqdim olunur.

Tərcümə Mərkəzindən bildirilib ki, kitaba ədibin təxminən 40 il ərzində Qərbi Avropada, Rusiya, Azərbaycan və Türkiyə Cümhuriyyətində çap olunmuş əsərlərindən nümunələr daxil edilib.

Kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi – filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

Kitab Əhməd Ağaoğlunun ictimai-siyasi, ədəbi irsinə dərindən yiyələnmək istəyənlər, əlaqədar tədris-tədqiqat sahələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed