Şrift:
Türkiyə Prezidenti: Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq
02.10.2019 [11:09] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında bəyan edib ki, Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq. Anadolu agentliyi xəbər verir ki, dövlət başçısı Fəratdan Dəcləyə qədər olan ərazinin şərqində bufer zonanın yaradılması məsələsində sərbəst hərəkət edəcəyini qeyd edib. “Türkiyənin artıq bu məsələdə itirəcək bir günü belə yoxdur. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmadı. Bir gecə qəflətən gələ bilərik”, deyə R.T.Ərdoğan vurğulayıb.

Prezident Ərdoğan qonşu ölkəyə qoşun yeridilməsinin səbəbini də açıqlayıb. O deyib: “Türkiyənin Suriyaya müdaxiləsinin yeganə səbəbi təhlükə mənbəyinin aradan qaldırılması və humanitar dəhlizin yaradılmasıdır. Biz Suriya vətəndaşları üçün dinc həyatın təmin edilməsini istəyirik. Türkiyə sonsuzadək milyonlarla suriyalı qaçqına sığınacaq vermək niyyətində deyil. Onların hamısı sonunda öz vətəninə qayıtmalıdır”.

Türkiyənin dövlət başçısı qaçqınların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaradılmasını Ankaranın əsas vəzifələrindən biri adlandırıb.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed