Şrift:
Türkiyə Prezidenti Ankaranın Azərbaycana və Asiya coğrafiyasının digər ölkələrinə biganə qala bilməyəcəyini deyib
02.10.2019 [11:10] - Gündəm, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında geniş nitq söyləyib. Anadolu agentliyi xəbər verir ki, bölgədəki problemlər və Ankaranın mövqeyi ilə bağlı fikirlərini ifadə edən dövlət başçısı deyib: “Bölgəmizdə və dünyada bütün qəlbi və gözləri ilə bizi izləyən milyonlarla insan var. Türkiyə təkcə qonşularının deyil, həmçinin bu gün uzaqda olsalar da, tarix və mədəniyyət baxımından birlikdə olduğu bütün qardaşlarının və dostlarının məsələləri ilə maraqlanmalıdır...İraqı və İranı görməzdən gələ bilməyəcəyimiz kimi, Azərbaycandan Qazaxıstana, Özbəkistandan Türkmənistana, Qırğızıstandan Krıma qədər Asiya coğrafiyasının heç bir ölkəsinə biganə qala bilmərik”.

R.T.Ərdoğan əlavə edib ki, Türkiyə Avropadan Qafqazlara, Orta Asiyadan Cənubi Asiyaya qədər olan ərazilərdə öz soydaşlarının hüquqlarını qorumaq niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed