Şrift:
Türkiyə səfiri: "Prezident Ərdoğan Azərbaycana səfər edəcək"
02.10.2019 [11:21] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

Səfir qeyd edib ki, R. T. Ərdoğanın bu ay Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfəri planlaşdırılır.

Qeyd edək ki, Türk Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.

İlkin Cəlilov
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed