Şrift:
Türk dili dərsliyi nəşr olunmayıb – Nadir Qazipur
02.10.2019 [11:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Azərbaycan əyalətlərinin bir neçə məktəbində türk dilinin tədris olunacağına dair verilən vədlərin yerinə yetirimədiyindən danışıb.

O bu barədə oktyabrın 1-də parlamentin ümumi iclasında çıxış edib.

Yeni dərs ilinin başladığına işarə edən millət vəkili bəyan ki, təhsil müəssisələrinin açılışından bir həftədən çox keçir, lakin konstitusiyanın icrası və türk dili dərsliyinin nəşr olunmasından heç bir xəbər yoxdur.

Nadir Qazipur təhsil və təlim naziri, eləcə də prezidenti təsdiq olunmuş layihələrin icrası istiqamətində gördükləri işləri elan etməyə çağırıb.

Bundan əvvəl Şərqi Azərbaycan Təhsil və Təlim İdarəsinin rəisi, həmçinin azərbaycanlı millət vəkilləri Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərinin bəzi məktəblərində Azərbaycan türkcəsinin pilot layihə çərçivəsində həftədə iki saat tədris olunacağını elan etmişdilər.
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed