Şrift:
Azərbaycan Milli Elmlər Akademiyasınən Mərkəzi Elmi Kitabxanasına professor Rəşad Kərimovun tərtib etdiyi “Çincə-Azərbaycanca lüğət”təqdim olunub.
03.10.2019 [09:21] - Gündəm, Kitab evi
Kitabın ön sözündə bildirilir ki, Çincə-Azərbaycanca lüğətə ehtiyyac uzun müddətdir ki müşahidə olunur. Belə ki, Çində təhsil alan azərbaycanlı tələbələr bu problemlə müntəzəm olaraq qarşılaşırlar. Bunu nəzərə alaraq, Çində bakalavr və magistr təhsili alan professor Rəşad Kərimov 2002-ci ildən başlayaraq Çincə-Azərbaycanca lüğət üzərində çalışıb. Lüğəti hazırlayan zaman bu istiqamətdə tərtib edilmiş bir neçə lüğətdən istifadə edib. Xüsusilə də “Müasir Çin dili lüğəti”nin təcrübəsindən faydalanıb. Lüğətin ərsəyə gəlməsində Hu Zhongven, “Kommersiya” nəşriyyatının rəhbəri Yu Libin, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, kitabın redaktoru və korrektoru Aqşın Məmmədov və Zhang Şaomingin töhvəsi xüsusi qeyd olunur.

Lügət Mərkəzi Elmi Kitabxananın oxucularının istifadəsinə verilib.


AMEA Mərkəzi Elmi Kitabxana
İctimaiyyətlə əlaqələr bölməsi
Bu xəbər oxucular tərəfindən 55 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed