Şrift:
Kanada parlamenti “Sepah”ı terror təşkilatları siyahısına salıb
03.10.2019 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kanada parlamenti səsvermə əsasında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatları siyahısına salaraq, dövlətdən rəsmi Tehranla apardığı müzakirələri dayandırmağı tələb edib.

Bununla bağlı layihəni mühafizəkar deputat Qarnet Genuis parlamentə təqdim edib. Bundan öncə Kanada Konsevrativ Partiyasının rəhbəri Andrev Şiyr oktyabrın 21-də keçiriləcək seçkilərdə qalib gəldiyi təqdirdə, “Sepah”ın terror təşkilatları siyahısına daxil edəcəyinə söz vermişdi.

O qeyd etmişdi ki, biz insan haqlarını pozan, Kanada vətəndaşlarını öldürən, terrorizmi dəstəkləyən və nüvə sahəsində imzalanmış beynəlxalq razılaşmaları pozan İran rejiminə qarşı addımlar atacağıq.

“Bu qərar İrana qarşı təzyiq siyasətinin tətbiq edilməsi üçündür. İran rejimi davamlı olaraq insan haqlarını ayaqları altına aldığından, Sepahı təzyiq üçün terror təşkilatları siyahısına salacağıq”- deyə Andrev Şiyr əlavə etmişdi.

Xatırladaq ki, sentyabr ayında Kanada hökuməti İranın bu ölkədə olan və dəyəri on milyonlarla dollar ölçülən mülklərini satıb, pulları bütün dünyada rəsmi Tehranın törətdiyi terror aktlarından zərər görənlərə verdiyini bəyan etmişdi.

Buna cavab olaraq İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisi bildirmişdi ki, təmsil etdiyi qurumun beynəlxalq əlaqələr şöbəsi Xarici İşlər Nazirliyi ilə birlikdə Kanadanın mülklərinin aşkara çıxarılması və ələ keçirilməsi üçün lazım olan tədbirləri başladıb.

Qeyd etmək lazımdır ki, cari ilin aprel ayında Amerika Birləşmiş Ştatları da “Sepah”ı xarici terror təşkilatları siyahısına daxil etmişdi.
Bu xəbər oxucular tərəfindən 48 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed