Şrift:
“Turkmenistan Airlines” beynəlxalq uçuşlarının coğrafiyasını genişləndirir
03.10.2019 [11:31] - Gündəm, Türk dünyası-Turan
“Turkmenistan Airlines” beynəlxalq uçuşlarının coğrafiyasını genişləndirir.

Türkmənistan dekabrda Malayziyanın paytaxtına müntəzəm aviareysləri bərpa etməyi planlaşdırır. Kuala-Lumpura uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Dekabrda, həmçinin Aşqabaddan Ciddəyə həftədə iki dəfə olmaqla müntəzəm aviareyslər açılacaq.

Türkmənistan Cənub-Şərqi Asiyaya da aviareyslər təşkil etməyi planlaşdırır. Ho Şe Min (Vyetnam) üçün yeni marşrutlar nəzərdə tutulur. Hazırda Avropa, Türkiyə, MDB ölkələri, Talyand və Vyetnamdan gələn turistlərin Aşqabad Beynəlxalq Hava Limanı vasitəsilə Ərəbistan yarımadasına uçuşuna imkan verən marşrutlar hazırlanır.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed