Şrift:
“Traxtur” növbəti rəqibi ilə sabah qarşılaşacaq
03.10.2019 [14:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası super liqa yarışları çərçivəsində növbəti yarışa hazırlaşır.

İran üzrə futbol klublarının super liqa yarışlarının 6-cı həftəsində “Traxtur” klubu “Pars Cənubi” komandasını qəbul edəcək.

Görüş oktyabrın 4-ü yerli vaxtla saat 18:30-da Təbrizin səhənd stadionunda başlayacaq.

“Traxtur”-“Pars Cənubi” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

Bundan əvvəl açıqlanan məlumatda oyunun 16:30-da başlayacağı elan olunmuşdur. Təbrizdə beynəlxalq velosiped yarışları keçirildiyi səbəbindən stadion ətrafındakı xiyabanlarda böyük tıxac yarandığı üçün oyunun vaxtı dəyişdirilib.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed