Şrift:
Bakı Uşaq Teatrı Rusiya federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda” Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında çox uğurla iştirak edib
04.10.2019 [09:15] - Gündəm, Mədəniyyət
Məlumat verdiyimiz kimi, Bakı Uşaq Teatrı Rusiya federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda” Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında çox uğurla iştirak edib geri dönmüşdür.

Əməkdar artist İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Göyçək Fatma” tamaşasında rolları aktyorlar İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov ifa edir.

Festivalda nümayiş olunmuş “Göyçək Fatma” tamaşası Diplomla təltif olunub və Bakı Uşaq Teatrına Kalmıkiya Höküməti tərəfindən təşəkkür məktubu ünvanlanıb.

Uğurlu çıxışın nəticəsi olaraq teatr festival iştirakçısı olan bir neçə ölkə tərəfindən dəvət alıb.
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed