Şrift:
Qırğızıstan Prezidenti: Türkdilli dövlətlər arasında əməkdaşlıq daha da möhkəmlənəcək
04.10.2019 [11:02] - Gündəm, Türk dünyası-Turan
Oktyabrın 3-də Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Bağdad Amreyev Qırğızıstanın Türk Şurasına sədrliyi dövründə görülən işlər barədə məlumat verib, katibliyin TDƏŞ-in oktyabrın 14-15-də Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri haqqında söhbət açıb.

Türk Şurasının Baş katibi deyib ki, Qırğızıstanın quruma sədrliyi uğurlu olub. Belə ki, Macarıstan Türk Şurasına müşahidəçi kimi qəbul edilib, Özbəkistan isə TDƏŞ-in tamhüquqlu üzvü olub. Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının Avropa nümayəndəliyi açılıb.

Sooronbay Jeenbekov bu görüşün TDƏŞ-in yaradılması ilə bağlı Naxçıvan sazişinin imzalanmasının 10 illiyi ilə eyni günə düşməsinin simvolik olduğunu vurğulayıb. O, Özbəkistanın Türk Şurasına üzv olmasının, həmçinin bu ilin sentyabr ayında Budapeştdə TDƏŞ-in Avropa nümayəndəliyinin açılmasının tarixi əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, Özbəkistanın bu qurumda iştirakı Türk Şurasının fəaliyyətinə yeni nəfəs gətirəcək, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə təkan verəcək.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed