Şrift:
Azərbaycanlı deputatın məruzəsi AŞPA komitəsində qəbul edilib
04.10.2019 [11:03] - Siyasət
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənovun biznes və insan hüquqlarına aid məruzəsi qurumun komitəsində müzakirə edilərək yekdilliklə qəbul edilib. Sənəd assambleyanın plenar iclasına tövsiyə olunub.

Məruzədə bildirilir ki, son illər böyük biznes xeyli nüfuz qazanıb. Nəhəng şirkətlər iş yeri açmaq və vergiləri ödəməklə ölkələrinə fayda versələr də, təhlükəli iş mühiti, ətraf mühitin çirklənməsi, ayrı-seçkilik və ya işçilərin gizli izlənilməsi kimi hallara yol verərək insan hüquqlarını pozur.

AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsində “İnsan hüquqları və biznes” adlı məruzə üzrə keçirilən dinləmələrdə çıxış edən Elşad Həsənov bildirib ki, son onilliklər ərzində BMT və digər beynəlxalq qurumlar insan hüquqları sahəsində biznesin məsuliyyətini müəyyən edən bir sıra hüquqi aktlar qəbul edib.

Deputat qeyd edib ki, tövsiyənin icrası 2021-ci ilin mart ayına qədər qiymətləndiriləcəyi üçün məruzənin məqsədi bu günə kimi onun necə icra olunduğunu araşdırmaq olacaq. Dinləmələrdə biznes və insan hüquqları üzrə mütəxəssislər və AŞPA-da təmsil olunan müxtəlif ölkələrin deputatları çıxış ediblər.

Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 539 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed