Şrift:
Suriyada bir gündə 142 nəfər qətlə yetirilmişdir
03.09.2012 [12:43] - Xəbərlər
Suriyada İnsan Haqlarının Müşahidəsi Qrupunun verdiyi məlumata görə, bir gün ərzində hökumət qüvvələri ilə müxalifət döyüşçüləri arasında gedən silahlı qarşıdurmalarda ən azı 142 nəfər qətlə yetirilmişdir. Hadisələr daha çox Dəməşq və ətrafı, Homs və İdlib şəhərlərində cərəyan edir. Müxalifət mənbələrinin verdiyi məlumata görə, Hərbi İnqilab Şurasının qüvvələri İdlib şəhərinin cənubunda yerləşən Abu Dahur aeroportuna hücum edərək hökumətə məxsus 10 təyyarəni məhv etmişlər. Bundan əlavə, üsyançılar İdlibdə yerləşən Taftanas aeroportuna da hücuma keçərək bir neçə hərbi helikopteri sıradan çıxarmışlar. Paytaxt Dəməşq ətrafında gedən döyüşlərdə ən azı 27 nəfər qətlə yetirilmişdir. Havadan endirilən zərbələr minlərlə sakinin daha təhlükəsiz yerlərə qaçmasına səbəb olmuşdur. Bundan əlavə, paytaxta yaxın olan bütün şəhər və qəsəbələr hərbi təyyarə və helikopterlərdən bombardman edilir.
Bu xəbər oxucular tərəfindən 1106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed