Şrift:
XİN: "Düdelanj"-"Qarabağ" matçındakı təxribatla əlaqədar Lüksemburqdakı səfirə tapşırıq verilib
04.10.2019 [11:28] - Gündəm, Siyasət
"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".
Bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.
Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib.
Bu xəbər oxucular tərəfindən 370 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed