Şrift:
Fərəc Quliyevin təşəbbüsü ilə Yeni Günəşlidə daha bir məhəlli görüş keçirilib
04.10.2019 [12:14] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin təşəbbüsü ilə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində seçicilərlə daha bir məhəlli görüş keçirilib.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüş qəsəbənin “D” yaşayış sahəsində 9 və 10-cu binaların həyətində keçirilib.
Görüşdə sakinlərin problemləri və verdikləri təkliflər dinlənilib. Bina və ətraf ərazilərlə bağlı müraciətlərə yerində baxış keçirilib, əsaslı müraciətlər baxılması üçün qeydiyyata alınıb, əsassız olanlar barədə isə sakinlərə izahat verilib.
Bundan əlavə sakinlərlə milli və dövlətçilik maraqlarının qorunmasının və hər hansı separatçılığa qarşı mübarizədə dövlətin yanında olmanın vacibliyi ilə bağlı səmimi söhbətlər aparılıb.
Seçicilərlə bu şəkildə görüşün keçirilməsi sakinlər tərəfindən razılıqla qarşılanıb və millət vəkili tərəfindən onlara göstərilən bu diqqətə görə minnətdarlıqlarını bildiriblər.
H.Ələkbərovun verdiyi məlumatda bildirilir ki, görüşdə ərazidəki problemləmlərlə bağlı edilən əsaslı müraciətlər dərhal deputatın nəzarətinə götürülərək həlli istiqamətində icraata yönləndirilib, verilən ümumi təkliflər və xahişlər isə F.Quliyevin daim qaldırdığı məsələlər olmasına baxmayaraq, bir daha vətəndaşlar tərəfindən edilən təkliflər olaraq rəsmiləşdirilib deputatın fəaliyyət proqramına daxil ediləcək.
Qeyd edək ki, Fərəc Quliyevin təşəbbüsü ilə 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə hər həftə bir ərazidə seçicilərlə məhəlli görüş keçirilir. Sakinlərlə söhbətlər aparılır, ərazilərlə bağlı sakinlərin istəkləri və narazılığa səbəb olan problemlər qeydə alınaraq, ümumiləşdirilib həlli istiqamətində işlər görülür.

MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed