Şrift:
Qırğızıstanın Oş şəhər merliyində türk dünyasının fotoqrafları ilə görüş keçirilib
05.10.2019 [10:32] - Xəbərlər, Türk dünyası-Turan
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı-2019” tədbirləri çərçivəsində Qırğızıstanın Oş şəhər merinin müavini Nurbek Kadırov türk dünyasının fotoqrafları ilə görüşüb.

Nurbek Kadırov təcrübəli fotoqrafların zəngin mədəniyyəti, ənənələri, təbii ehtiyatları ilə seçilən Oş şəhərinin bütün gözəlliklərinin yeni prizmadan türk dünyasına göstərə biləcəklərinə əminliyini söyləyib.

Bildirib ki, onlar böyük türk aşıq və şairi Aşıq Veysəlin 125 illik yubileyində iştirak edəcək, digər müxtəlif tədbirlərə qatılacaq, “Oş - Türk dünyası fotoqraflarının gözü ilə” fotosərgisində iştirak edəcəklər.

Tədbirdə ölkəmizi Vaqif Muqhallı təmsil edir.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed