Şrift:
Hulusi Kılıç: Prezident İlham Əliyevin Soçidəki bəyanatını qardaş sevinci ilə qarşıladım
05.10.2019 [10:40] - Köşə yazarları, Siyasət
Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatını qardaş sevinci ilə qarşıladım. Bu bəyanat bir daha beynəlxalq ictimaiyyətə çatdırdı ki, Azərbaycanın varlığı elə Qarabağın varlığı deməkdir.

Bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib. Azərbaycan ərazisinin iyirmi faizinin işğal altında saxlanılmasının bütün beynəlxalq hüquq normalarına zidd olduğunu bildirən diplomat əminliklə ifadə edib ki, xalqımız nəyin bahasına olursa-olsun öz haqq işinin müdafiəsini uğurla başa çatdıracaq. O qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin sonuna çox az qalıb. Təcavüzkar dövlət layiqli cavabını alıb geri çəkilməlidir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 40 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed