Şrift:
“Traxtur” “Pars Cənubi”ni məğlub yola saldı
05.10.2019 [10:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın “Traxtur” futbol komandası Təbrizin səhənd stadionunda qəbul etdiyi rəqibini 1:0 hesabı ilə məğlub yola salıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 6-ci həftəsində Azərbaycan klubu “Pars Cənubi” komandası ilə qarşılaşıb.

Cümə günü yerli vaxtla saat 18:30-da başlayan görüş 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

“Traxtur”a qələbə qazandıran qol 25-ci dəqiqədə Ehsan Hacı Səfi tərəfindən vurulub.

“Traxtur” bu qələbədən sonra 14 xalla turnir cədvəlindəki 2-ci yerini qoruyub saxlaya bilib.
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed