Şrift:
ABŞ-dakı aktiv qazma qurğularının sayı 855-ə geriləyib
05.10.2019 [10:57] - Gündəm, İqtisadiyyat
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.

Bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 5 ədəd geriləyərək 855 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 197 ədəd azalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd geriləyərək 710 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 151 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı da 2 ədəd azalaraq 144 olub ki, keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 45 ədəd geriləyib.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed