Şrift:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının yeddinci turuna start veriləcək
05.10.2019 [11:43] - Xəbərlər, İdman
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilir.

İlk oyun günündə iki qarşılaşma oynanılacaq.

İki günü əhatə edəcək tura “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Keşlə” oyunu ilə start veriləcək. Saat 17:00-da başlayacaq görüşü Səbuhi Bayramov idarə edəcək.

“Keşlə” ilə “Sumqayıt” Premyer Liqada indiyədək 28 dəfə üz-üzə gəliblər. Bunların 14-də “Keşlə”, 7-də isə “Sumqayıt” qələbə qazanıb. Topların fərqində də qonaqlar üstündür - 44:28. Paytaxt klubu 17 oyundur rəqibinə qarşı meydanı qolsuz tərk etmir. Komandalar arasındakı son 7 dueldə 3 və ya daha çox qol vurulub.

Günün ikinci oyununda “Neftçi” klubu “Səbail” komandasını qəbul edəcək. Matçın baş hakimi Rauf Cabbarov olacaq. Saat 19:15-də start götürəcək görüş “Bakcell Arena”da oynanılacaq.

“Neftçi” 8 xalla 4-cü pillədə qərarlaşıb. “Səbail” isə 10 xalla 2-3-cü yerləri bölüşdürür. Komandalar arasında keçirilən 8 oyunun 5-də “Neftçi”, 2-də isə “Səbail” meydanı 3 xalla tərk edib. Topların fərqində də meydan sahiblərinin aşkar üstünlüyü var - 18:6.

Oktyabrın 6-da Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” oyununda baş hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. Matç saat 18:00-da başlayacaq.

Tura “Qarabağ” - “Sabah” oyunu ilə yekun vurulacaq. Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma saat 20:30-da start götürəcək.

Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.

Altı turdan sonra turnir cədvəlinə 18 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivlərində 10 xal olan “Səbail” və “Keşlə” ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (8), “Zirə” (7), “Sumqayıt” (6), “Sabah” (5) və “Qəbələ” (4) yer alıblar.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed