Şrift:
İraqda baş verən ixtişaşlarda ölənlərin sayı 65 nəfərə çatıb
05.10.2019 [12:00] - Xəbərlər, Sosial
İraqda baş verən ixtişaşlarda ölənlərin sayı 65 nəfərə çatıb. Ölkədə “Facebook”, “Twitter”, “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələr bağlanıb və paytaxt Bağdadda komendant saatı elan edilib.

Bu barədə İraqın Baş Naziri Ədil-Əbdül Mehdi bəyan edib. O bildirib ki, kamendant saatı rejimi hava limanına və təcili tibbi yardım maşınlarına və həkimlərinə tətbiq edilməyəcək. İraqda internetə çıxış da məhdudlaşdırılıb.

Qeyd edək ki, artıq 4-cü gündür Bağdadla yanaşı, İraqın Kərbəla, Bəsrə, Divaniyə kimi böyük şəhərlərində də kütləvi etiraz aksiyaları keçirilir.

Rabil Kətanov
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed