Şrift:
Oş şəhərində keçirilən tədbirdə Türk dünyasının fotoqrafları da iştirak edib
07.10.2019 [10:37] - Xəbərlər, Türk dünyası-Turan
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” adlı tədbir çərçivəsində şəhərin mərkəzi stadionunda milli idman oyunlarının təqdimatı ilə yanaşı, tamaşa və qala-konserti də təşkil edilib.

Tədbirdə Oş şəhərinin rəhbrliyi, Qırğızıstanın elm, mədəniyyət və incəsənət xadimləri, Türk dünyasının fotoqrafları iştirak ediblər. Azərbaycandan bu tədbirə fotoqraf Vaqif Muqhallı qatılıb.

Oş şəhərinin meri Talaybek Sarıbaşev dünyanın ən qədim şəhərlərindən olan Oşun Türk dünyasındakı yerindən və mövqeyindən danışıb, bu məkanın özünəməxsus adət-ənənələrinin, mədəniyyətinin olduğunu vurğulayıb. Mer qədim Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı seçilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb.

15 min adamın toplaşdığı bayram tədbiri atəşfəşanlıqla başa çatıb.



Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 365 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed